Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


22.09.2021  20:02 

Azərbaycanda internet azad deyil?





A+  A-

Ölkə 35 balla internetin azad olmadığı ölkələr sırasındadır.

“Azərbaycanda internet azad deyil”. ABŞ-ın “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının “İnternet Azadlığı 2021” hesabatında belə bildirilir.

Dünyanın 6 regionundan 70 ölkəni əhatə edən hesabat internet azadlığı sahəsini təhlil edir.

Təşkilat dünyada internet azadlığını diqqətdə saxlayır və gəldiyi nəticələrdən ibarət hesabatı hər il yayımlayır.

Hesabatda bildirilir ki, Azərbaycan polisi 2021-ci ilin yanvarında internet istifadəçilərindən birinin evinə gedib. Bələdiyyənin məşğulluq mərkəzindən gəldiyini söyləyərək onu evindən bayıra çıxarıb: "Daha sonra həmin şəxsə qarşı zorakılıq törədilib və saxlanılıb".

“Freedom House” qeyd edir ki, həmin şəxs yerli hökumət rəsmilərini “Facebook” hesabında tənqid edirmiş.

Saxlanıldığı zaman buna görə üzr istəməyə məcbur edilib.

Təşkilat hesab edir ki, Azərbaycan 35 balla internetin azad olmadığı ölkələr sırasına daxil edilib. Onunla eyni kateqoriyada Qazaxıstan (33), Belarus (31), Rusiya (31) və İran (16) da var.

Qonşu Gürcüstan 77, Ermənistan isə 71 bal alıb.

Təşkilatın qənaətincə, bu ölkələrdə durum daha yaxşıdır.

Hesabatda bildirilir ki, ümumiyyətlə, son 11 il ərzində dünyada internet azadlığı ilə bağlı durum pisləşib. Vəziyyətin ən pis olduğu ölkələr isə Myanma, Belarus və Uqandadır.

Bu ölkələrdə dövlət orqanları seçki və konstitusiya böhranları zamanı zorakılıq tətbiq ediblər. Eyni zamanda, texnologiya şirkətləri ilə anlaşn hökumət istifadəçilərin hüquqlarını məhdudlaşdırmağı bacarıb. Son bir ildə azı 48 ölkənin hakimiyyəti texnologiya şirkətlərinə nə etmələri gərəkdiyi ilə bağlı yeni qaydalar qoyub.

Sentyabrın 20-də Demokratik Təşəbbüslər İnstitutunun (IDI) açıqladığı hesabatda da bildirilir ki, sosial şəbəkələrdə xüsusən, koronavirus tədbirlərini tənqid edən aktivistlər müdaxilələrə məruz qalıblar.

Hesabatda deyilir ki, nəinki tənqidçi aktivistlər, onların fikirlərini sosial şəbəkələrdə paylaşan insanlar, bu açıqlamaları tirajlayan jurnalistlər də qanunsuz, mütənasib olmayan müdaxilələrlə qarşı-qarşıya qalıblar. Bura polis bölmələrinə çağırılıma, inzibati məsuliyyətə, Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmə kimi hallar daxildir.

Hesabat müəllifləri düşünürlər ki, Azərbaycanda sosial şəbəkələrdə ifadə azadlığı məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyindən (DİN) hesabatda səslənən fikirlərə münasibət öyrənmək mümkün olmayıb. Ancaq tez-tez sosial şəbəkə istifadəçiləri etdikləri paylaşımlara görə polis bölələrinə çağırıldıqlarını bəyan ediblər.

Belə dəvətlərin sonunda adətən profilaktik söhbət aparılıb, şəxsi sərbəst buraxıblar. Bir çox hallarda onlara xəbərdarlıq ediblər. Ancaq sutkalıq həbs edilənlər də olub. Belə həbslərdə şəxs, adətən, polisə tabe olmamaq, küçədə söyüş söymək kimi əməllərlə təqsirləndirilir. Məsələn, “Facebook” sosial şəbəkəsində "Umar Ali" hesabıyla tənqidi paylaşımlar edən 30-yaşlı Elvin İrşadov ötən il yaşadığı Lənkəranda həbs olunub.

Lənkəran Rayon Məhkəməsində onun haqqında 16 sutkalıq inzibati həbs qərarı çıxarıb.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə təqsirli bilinib. Ancaq özü və ailəsi bu ittihamın yalan olduğunu, onun sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyib.

Həbs edilənlərdən biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Şəmsi Kəsəmənli olub.

O, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb.

Özü və yaxınları bu həbsin səbəbinin sosial şəbəkədə paylaşımı olduğunu bildirib.

Rəsmilər tez-tez açıqlamalarında Azərbaycanda söz və ifadə azadlığının mövcud olduğunu, fikrinə görə heç kimə təzyiq göstərilmədiyini vurğulayırlar. (Meydan TV)

Xəbər 2681 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +